BATAQLIQ TORPAQLAR

çoxlu miqdarda çürüməmiş və yarıçürümüş bitki qalığı (torf) olan, həddindən artıq rütubətli torpaq-lar. B.t. adətən, turş, neytral, qələvi, həmçinin şoranlı, şorakətli, karbonatlı və qleyli torpaqlara bölünür. Qurutduqdan və müvafiq aqromeliorasiya tədbirləri görüldükdən sonra bu torpaqlardan bol məhsul yetişdirmək üçün istifadə edilir. B.t. respublikamızın ərazisinin 0,38% -ni tutur. Lənkəran, Astara və Masallı rayonlarının düzən hissələrində, Kürboyu çökəkliklərində (Qarasuda) və Dəvəçi rayonunun Ağzıbirçala gölü hövzəsində var.
BATAQLIQ LANDŞAFTI
BATİAL ORQANİZM, DƏRİN SU ORQANİZMİ
OBASTAN VİKİ
Bataqlıq
Bataqlıq – Yer səthinin ifrat dərəcədə rütubətlənərək tam çürüməmiş üzvi maddələrin toplandığı sahəsinə deyilir. Bataqlıq müxtəlif yolla-sututarlarda suyun azalması və quruması, yeraltı suların səthə çıxması, çay daşqınları nəticəsində quru sahələri su basması və s. yolla əmələ gəlir. Belə yerlərdə bataqlıq tipli torpaqəmələgəlmə prosesi gedir. Azərbaycanda özünəməxsus qamış bataqlıqlarına Kürçayı boyu, Lənkəran və Samur-Dəvəçi düzənliklərində, magistral kanalların kənarında rast gəlinir. Xəzər dənizinin qalxması ilə əlaqədar suyun ətraf sahəni basması nəticəsində yeni bataqlıqların əmələ gəlməsi müşahidə olunur. Dünyada ən böyük bataqlıq Boliviya ilə Paraqvay ərazisində yerləşən Pantanal bataqlığıdır (150.000 km2) Bataqlıq hidrologiyası quru hidrologiyası bölməsi; torf çöküntülərilə örtülmüş bataqlıqları və bataqlıqlaşmış torpaqları öyrənir. Bataqlıq hidrologiyası rütubətin torf çöküntüləri və bitki örtüyü ilə qarşılıqlı əlaqəsini, bataqlıqlarda suyun hərəkətini və yerdəyişməsini, bataqlıq massivlərində axının formalaşmasını, buxarlanmanı və su-istilik balansını, bataqlıq daxili hidroqrafik şəbəkənin formalaşması qanunauyğunluğunu, bataqlıq suarının hidrokimyasını, bataqlıqlar arası və bataqlıqların ətraf mühitlə (atmosferlə, səth, qrunt və yeraltı sularla) əlaqəsi məsələlərini tədqiq edir.
Bataqlı torpaqlar
Bataqlı torpaqlar — dənizsahili çökəklərdə, düzənliklərin depresiya sahələrində, çayların axmazlarında lokal şəkildə rast gəlinən torpaq tipidir. Bu torpaqlar 137 min hektar sahəni əhatə edir. == Yayıldığı ərazilər == Lənkəran rayonu, Kür-Araz ovalığı, Naxçıvanın düzənlikləri, Qanıx-Əyriçay vadisi, Dəvəçinin Ağzıbirçala gölü hövzəsi və s yerlərdə yayılmışdır. == Bitki örtüyü == Bataqlı torpaqların inkişaf etdiyi ərazi üçün halofitlər (qamış, çil, sirkən və s.) iştirak etdiyi su-bataqlıq bitki qruplaşmaları səciyyəvidir. Qeyd olunan bitkilər hər il torpağa böyük miqdarda fitokütlə verir. == Morfoloji tərkibi == Torpaqəmələgətirən süxurlar laylı allüvial çöküntülər, karbonatlı, şoranlaşmış gillər və gillicələrdir. Düzən sahələrdə qurunun bataqlaşma prosesi ağır qranulometrik tərkibli süxurlar üzərində gedir. Qrunt sularının səviyyəsi çox vaxt səthdən 10-158 sm dərinlikdə yerləşir, quraqlıq mövsümündə isə 50-80 sm-lik dərinliyə düşür. Bataqlı torpaqlar torpaqəmələgəlmə və qleyləşmə prosesinin qarşılıqlı təsiri nəticəsində əmələ gəlir. Torflaşma Azərbaycanda zəif gedir.
Hematitləşmiş torpaqlar
Hematitləşmiş torpaqlar — hematit tərkibi Fe2O3-dən ibarət mineraldır. Bu torpaqların tərkibində Titan, silisium, manqan, su kimi kimyəvi qarışıqlar olur. Metallurgiya zavodunda dəmir və polad istehsalı zamanı hematitli şlaklardan ibarət tullantılar alınır. Həmin şlaklar yüksək məsaməli olduqları üçün neft mədəni yerlərində buruqyanı istismar meydançalarında iş prosesi zamanı əmələgələn bataqlıqların qurudulmasında onlardan absorbent kimi istifadə olunur. Nəticədə buruqyanı istismar meydançalarında 5–10 sm qalınlığında hematitli şlaklardan ibarət örtük əmələ gəlmişdir. Bu isə həmin ərazilərdə hematitləşmiş torpaqların yaranmasına səbəb olmuşdur. Həmin örtük neftli tullantılarla (8,5–12%) və başqa qarışıqlarla zəngin olduqları üçün fitotoksiki xassələrə malikdir. Bu növ çirklənmiş torpaqlar "Salyanneft" mədənlərində daha geniş yayılmışdır.
Marş torpaqlar
Marş torpaqlar — dəniz sahilinin alçaq yerlərində, o cümlədən deltalarda dövrü olaraq qabarmalar və dəniz dalğalarının təsiri altında formalaşmış torpaq tipidir. Marşlar çaylar, sahillər və estuarilər boyunca tapılan bataqlıqlardır və okeandakı qabarma-çəkilmə prosesləri nəticəsində yaranır. Marşların vəziyyəti həm təbii, həm də antropogen proseslərdən asılı ola bilər. Son dövrlərdə kiçik və böyük miqyaslı insan təcrübələri marş ekosisteminin qorunmasına əhəmiyyətli dərəcədə təsir göstərən ekosistemlərdə dəyişikliklərə səbəb olub. Bəzi kiçik miqyaslı dəyişikliklərə reqressiv eroziya və sahilin genişlənməsi daxildir. Böyük sistem dəyişikliklərinə isə kirlənmə və dəniz səviyyəsinin qalxması (iqlim dəyişikliyindən) daxildir. Bu dəyişikliklərin hamısı marş bataqlıqlarına təzyiq göstərir. Marşlara iki əsas yerdə rast gəlmək olar: sahillərdə və estuarilərdə. Sahildəki marşları sahillər boyunca, estuari marşları isə quruda, qabarma-çəkilmə zonası daxilində yerləşir. Marşlar duzluluq səviyyəsinə, səviyyəsinə və dəniz səviyyəsindən yüksəkliyinə görə təsnif edilə bilər.
Müqəddəs torpaqlar
Müqəddəs torpaqlar (ivr. ‏אֶרֶץ הַקּוֹדֶשׁ‏‎, lat. Terra Sancta, ərəb. الأرض المقدسة‎) — İordan çayı ilə Aralıq dənizi arasında yerləşən və İbrahimi dinlər, yəni yəhudilik, xristianlıq və İslam üçün böyük əhəmiyyət kəsb edən torpaqlara verilən ad. "Müqəddəs torpaq" dedikdə adətən müasir İsrail dövlətinin ərazisi, Fələstin dövləti, Qərbi İordaniya və cənubi Livanın bir hissəsi, eləcə də cənub-şərqi Suriya torpaqları nəzərdə tutulur. Yəhudilər əksərən İsrail torpaqlarını “Müqəddəs torpaqlar” adlandırmırlar. Bu ərazilər haqqında Tanaxda "Müqəddəs Torpaq" ifadəsi sadəcə bir pasajda işlədilmişdir. Tanaxa görə israillilərin müqəddəsliyi dedikdə tanrı tərəfindən israillilərə verilən torpaqlar nəzərdə tutulur yəni bu torpaqlar onların tanrı ilə olan sazişlərinin bir hissəsi sayılan “vədd edilmiş torpaqlar”dır. 1906-cı ildə nəşr edilən yəhudi ensiklopediyasına əsasən Müqəddəs İsrail dövləti dedikdə “4 müqəddəs şəhər” : Yerusəlim, Əl Xəlil, Safed və Tiberiya nəzərdə tutulur. Yerusəlim şəhəri burada yerləşən məbədə görə xüsusi əhəmiyyətə malikdir.
Podzol torpaqlar
Podzol torpaqlar — Avrasiya və Şimali Amerikada əsasən iynəyarpaq meşələr altında yayılan torpaq tipi. Bu meşələrdə ot örtüyü adətən olmur və torpağın səthi ölü örtüklə — meşə döşənəyi ilə örtülü olur. Podzol torpaqlar əsasən iynəyarpaq meşələr altında yayılmışdır. Onların profilinin formalaşması podzollaşma, elüvial-qleyli və lessivaj proseslərin inkişafı ilə əlaqədardır. Podzol torpaqların əsas massivi podzol və qleyli-podzol yarımzonalarda cəmləşmişdir. Onlara iynəyarpaq meşələrinin cənubunda da rast gəlmək mümkündür. Podzol və qleyli-podzol torpaqların ümumi sahəsi Rusiya ərazisində 132 mln.ha təşkil edir. Torpağın yuxarı hissəsində ilkin və törəmə mineralların parçalanması və parçalanma məhsullarının aşağıdakı horizontlara və qrunt suyuna aparılmasıdır. Bu torpaqların üst meşə döşənəyi ağac və mamır-şibyə bitkilərinin ölmüş hissələri əsasında formalaşmışdır. Onların tərkibində kalsium, azot, çətin parçalanan birləşmələr vardır.
Pozulmuş torpaqlar
Pozulmuş torpaqlar — insanın təsərrüfat fəaliyyəti nəticəsində texnogen relyef formasının yaranması ilə torpaq səthinin, bitki örtüyünün və hidroloji rejimin pozulması ilə ətraf mühitə təsir edən, eləcə də öz təsərrüfat keyfiyyətini və qiymətini itirən torpaq sahələridir. Münbitliyi pozulmuş və çirklənmiş torpaqların qüvvədə olan təlimatlarının tələbinə müvafiq olaraq yayılma areallarını və keyfiyyətini təyin etməklə xəritələşdirilmək və qeydiyyatının aparılması prosesidir.
Qara torpaqlar
Qara torpaqlar (kalm. Хар Һазр, rus. Чёрные земли) — antropogen səhra Rusiyanın Avropa hissəsində yerləşir. Səhra Xəzərönü çökəkliyinin qərbində Erqni yüksəklikləri və Volqa alçaqlığı arasında yerləşir. Xəzərönü çökəkliyinin 3,5 mln. ha ərazisi əhatə edir. Kalmıkiya ərazisinin 47,3 % təşkil edir. Səhranın adı qışda qarın az yağması və bitkilərin qurumuş (qaralmış) çubuqlarının qara rəngə çalmasına görə verilmişdir. Səhranın sahəsi 40 000 km² təşkil edir. Qara torpaqlar inzibati cəhətdən Kalmıkiya Respublikası və Həştərxan vilayəti ərazisində yerləşir, cənub-şərqdən Xəzər dənizi, cənubdan Kumo-Manıç çökəkliyi, qərbdən Erqeni qalxması, şimal-şərqdən Sarpa çökəkliyi və Volqa deltası ilə əhatələnir.
Qırmızı torpaqlar
Bu torpaqlar - Şərqi Asiyanın subtropik hissəsində (Çin, Yaponiya) və ABŞ-nin cənub-şərqində (Florida və ətraf ştatlarda), Cənubi Qafqazda Gürcüstan respublikasının Qara dəniz sahillərində və Azərbaycan respublikasının Lənkəran vilayətində yayılmışdır. Torpaqlar böyük təsərrüfatı əhəmiyyətinə malikdirlər. Bunlarda rütubətli subtropik bitkilər (çay, sitrus) əkilir. Rütubətli subtropik iqlim şəraiti çoxlu yağıntıları ilə xarakterizə olunur. Qışı yumşaq, mülayim, yayı isti olur. Orta illik temperatur +14 °C, orta yanvar temperaturu +7 °C yaxın, orta iyul temperaturu +22 °C-yə yaxındır. Bu torpaqlar üzərində palıd, vələs, fıstıq və şabalıd ağaclar yayılmışdır. Meşələrin biokütləsi 4000s\ha çoxdur. Meşə töküntüsü 210 s\ha yaxındır. Püskürmə mənşəli dağ süxurlarının aşınma məhsullarıdır: andezit, bazalt, tuf, qumlu-çınqıllı şistlər, aşağı allüvial ərazilərdə allüvial və dellüvial-prolüvial gilli-qumlu və çınqıllı süxurlardır.
Sarı torpaqlar
Sarı torpaqlar — gilli şistlər üzərində formalaşmış torpaq tipi. Azərbaycanda Lənkəran rayonunun düzən və dağətəyi hissəsində yayılmışdır. Qırmızı torpaqlardan fərqli olaraq bu torpaqlarda silisium miqdarı çox, biryarım oksidlərin miqdarı isə azdır. Torpaq horizontunun ümumi qalınlığı 30-40 sm-dən 60-70 sm-ə qədərdir. A0 – meşə döşənəyi (3-4 sm), A1 – humus horizontu, A2 – podzollaşmış, qonur-sarımtıl rəngdə, gillicəli, B – illüvial horizont, açıq sarı, topavari, prizmavari strukturlu, gillicəli, C-müxtəlif rəngli torpaqəmələgətirən süxurlar. Bu torpaqlar azotludur və bəzi kül elementləri ilə zəif təmin olunmuşdur. Ona görə də bu torpaqlara mineral gübrələrin tətbiq olunması zəruridir.
Yararsız torpaqlar
Bedlend (ing. badlands - pis (yararsız) torpaqlar) — alçaq dağlıq ərazidə kəskin və mürəkkəb parçalanmış relyef. Əkinçilik üçün yararsız hesab olunur. Azərbaycan Respublikasında Bozqır yaylaq ərazisində daha çox rast gəlinir. İstifadəsi mümkün olmayan torpaqlar Bedlendlər adlanır. Badlands sözündən götürülüb Burada Bad-pis Land torpaq anlamındadır. Azərbaycanda belə torpaqlara Bozqır ərazilərində rast gəlinir. ASE, V cild, Bakı, 1981, səh.
Şorakət torpaqlar
Şorakət torpaqlar - uducu kompleksdə halda böyük miqdarda mübadilə olunan natrium və bəzən də maqnezium toplanan torpaqlardır. Şoran torpaqlar şorakətli torpaqlarda suda həll olan duzlar daha dərin qatlara toplanır. Humuslu-ellüvial horizont plastik strukturlu olub, məsaməli lil fraksiyasından kasıb olması, aşağıdakı qat yüngül mexaniki tərkibə görə fərqlənir. Qatın qalınlığı 2-3 sm-dən 20-25 sm arasında dəyişir. Şorakət qatı tünd-qonur rəngli olub, sütunvari prizmaşəkili struktura malikdir. Qalınlığı 7-12 sm-dən 25 sm-ə qədər dəyişir. Torpaq məhlulunda natrium ionlarının kəsəfəlliyi yüksəldikcə, uducu kompleksdə olan digər kationları sıxışdırıb şorakətliyin yaranmasına səbəb olur. Humusun miqdarı görə aşağıdakı qruplara bölünür: yüksək humuslu - A≥6% orta humuslu - 3-6% az humuslu - ≥3% Bu torpaqlar pis su-fiziki və fiziki-mexaniki xassələri ilə seçilir. Quru halda çox sıx olur, nəm halda şişir və yapışqan olur. Gipsləşdirmə - udulmuş natriumun yüksək miqdarı və torpaq məhlulunun qələviliyi ilə seçilən sodalı şorlaşmış şorakətlərin münbitliyini yüksəltməkdən ötrü istifadə edilən ən radikal vasitədir.
Şorakətləşmiş torpaqlar
Torpaqların təkrar şorakətləşməsi Şorakətləşmiş torpaqlar meliorasiya üzrə tədqiqat aparan tədqiqatçıların məlumatlarına əsasən (V.R.Volobuev 1965, Q.Z.Əzizov 1999, M. R.Abduyev 2003,) torpaqəmələgətirən süxurların (döşəmə, metamorfik, çöküntü, gətirilib toplanmış, akkumilyativ) suda asan həll olunan və həmin süxurların tərkibində Na, Mg, К, Cl, НСОз, СОз kation və anionların əmələ gətirdikləri duzlar çox olduqda genetik baxımdan formalaşaraq şorakətləşmiş torpaqlar yaranırlar. Bu proses təbii yolla tarixən torpaqəmələgəlmənin ilkin yaranmasından başlayaraq baş verir. Yəni şorakətləşmiş torpaqlar uzun çəkən tarixi dövr ərzində torpaq-əmələgətirən süxurların kimyəvi və fiziki-kimyəvi xassələrindən asılı olaraq genetik baxımdan birdəfəlik formalaşmışlar. Bu proses tədqiqatçıların elmi araşdırmalardan əldə etdiyi nəticələrə əsasən müəyyən edilmişdir. Təbii yolla yanaşı insanların təsərrüfat fəaliyyətinin təsiri nəticəsində də torpaqlarda şorakətləşmə əlaməti yaranır ki, buna da törəmə şorakətləşmə deyilir. «Törəmə» şorakətləşmə xam və müəyyən dərəcədə şorlaşmış torpaqların mənimsənilməsi zamanı, daha doğrusu ən çox suvarma tədbirləri həyata keçirildikdə suvarma sularının tərkibində yüksək dərəcədə miqrasiya qabiliyyətinə malik və suda həll olunmuş toksiki duzların tərkibindəki Na kationunun potensialının çox olması və onun torpaqların uducu kompleksinə daha çox daxil olması ilə baş verir. Yüksək dərəcədə şorlaşmış və şoran torpaqların kənd-təsərrüfatında istifadə dövriyyəsinə daxil etmək üçün su ilə torpağı toksiki duzlardan yuma tədbirləri həyata keçirilir. Torpaqların dənəvər və ya humuslaşmış qatın suda asan həll olunan duzlardan təmizlənməsi üçün yüksək miqdarda suvarma sularından istifadə edilir. Bu vaxtı torpaqlar hərçənd ki, toksiki duzlardan yuyularaq meliorativ cəhətdən yaxşılaşır. Lakin bu halda suda asan həll olunan və tərkibində Na-lu toksik duzların tərkibindəki Na kationu torpağın uducu kompleksindəki Ca kationunu çox hissəsini sıxışdırıb çıxarması və əvəzində onun özünün daxil olması ilə orta və yüksək dərəcədə «törəmə» şorakətləşmiş torpaqlar meydana gəlir.
Bataqlıq bayquşu
Bataqlıq bayquşu (lat. Asio flammeus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin qulaqlı bayquş cinsinə aid heyvan növü.
Bataqlıq belibağlısı
Bataqlıq belibağlısı (lat. Circus aeruginosus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin belibağlı cinsinə aid heyvan növü.
Bataqlıq kəcəvəri
Bataqlıq kəcəvəri (lat. Acorus calamus) — bitkilər aləminin kəcəvərçiçəklilər dəstəsinin kəcəvərkimilər fəsiləsinin kəcəvər cinsinə aid bitki növü. == Təsviri == Çoxillik ot bitkisi olub, sürünən, üfüqi kökümsova malikdir. Kökümsovu qol-budaqlı, diametri 0,3 sm, uzunluğu 1,5 m, xaricdən qonur və ya yaşılımtıl-sarı, kənarları çoxsaylı qaytanabənzər, köklərinin uzunluğu 40–50 sm, yuxarı tərəfdən iri yarımaypara yarpaqlardan ibarətdir. Yarpaqlarının uzunluğu 10–15 sm, açıq-yaşıl, yumşaq, itiuclu, zirvə və yan budaqlıdır. Gövdə üzərindəki çiçək qruplarının hündürlüyü 40–80 sm, yastılaşmış hamaşçiçəkləri yuxarıdan silindrik, azacıq daralmış, uzunluğu 12 sm, qalınlığı 2 sm-ə bərabərdir. Çiçəkləri kiçik, yaşılımtıl-sarı olub, ikicinslidir. Kökümsovları yüngül, silindrik, azacıq yastılaşmış, əyilmiş, qatlanmış, bəzən budaqlanan və çox hissəsi uzununa yarılmış olur. Yuxarı hissəsi yarımaypara formalı, iri dişli, yarpaqlı, aşağı hissəsi çoxsaylı kiçik dairəvi, köklü, bərabər olmayan məsaməli olub, deşik-deşikdir. Parçalanmış hissələri 30 sm, qalınlığı isə 2 sm-ə qədər olur.
Bataqlıq mərcanı
Bataqlıq mərcanısı
Vaccinium oxycoccos (lat. Vaccinium oxycoccos) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin qaragilə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Həmişəyaşıl kolcuq bitkisi olub, döşənən, sürünən vegetativ gövdəli olub, uzunluğu 80 sm-ə qədər olmaqla, üzərində çiçəklər və çətirşəkilli çiçəkqrupu vardır. Yarpaqları növbəli, qısasaplaqlı, dəricikli, aşağı kənarları bükülərək uzunsov-yumurtavari, yuxarı hissəsi parlaq, tünd-yaşıl, aşağıdan isə ağımtıl-göydən, mum rənginə qədər dəyişir. Çiçəkləri düzgün dördtilli olub, çiçək tacı çəhrayıdır. Meyvələri şirəli, tünd qırmızı olub, müxtəlif formalı (şarşəkilli, uzunsov-yumurtavari, armudşəkilli) göyümtül çalarlı və turş dadlıdır. İyun-iyul aylarında çiçəkləyir. Meyvəsi avqustun sonundan oktyabrın ortalarına qədər yetişir və yaza qədər bitkinin üstündə qalır. Sfaqnum, torf və cil-tüklücə-sfaqnum bataqlıqlarında, seyrək meşə, bəzən bataqlaşmış yerlərdə yaşayır. Meyvəsi yetişməyə başlayandan (avqustun sonu) qar yağana qədər, yazda isə qar əriməyə başladıqda əl ilə toplamaq lazımdır.
Bataqlıq pişikotu
Bataqlıq polikariyası
Bataqlıq qatıqotu
Bataqlıq qatıqotu (lat. Galium palustre) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Galium palustre var. genuinum Cout. Rubia palustris (L.) Baill.
Bataqlıq qatırquyruğu
Bataqlıq qatırquyruğu (lat. Equisetum palustre) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin qatırquyruğu dəstəsinin qatırquyruğu fəsiləsinin qatırquyruğu cinsinə aid bitki növü.
Evtrof bataqlıq
Oliqotrof bataqlıq
Bataqlıq ağtərəsi
Bataqlıq ağtərəsi (lat. Parnassia palustris) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin ağtərə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir - NT. Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi 7-40 sm hündürlükdədir. Kökətrafı yarpaqları ürəkvari əsaslı, yumurtavari – dairəvi, tam kənarlı, gövdə yarpağı tək, gövdəni bürüyən va ya gövdədə yarpaqlar yoxdur. Çiçəkləri təpədə təkdirlər. Kasacıq əsasa qədər yumurtavari-lansetşəkilli va ya lansetvari-xətti hissəciklərə bölünmüşdür. Ləçəkləri ağdır, enli yumurtavari va ya ellipsşəkilli, 5–12 mm uzunluqdadır. Staminodilər enli, çoxlu hissələrə ayrılmış, sapvari hissəciklidir.